.az

.az
Təqdim olunma tarixi 23 avqust 1993
Növü Yuxarı dərəcəli milli domen
Status fəaliyyət göstərir
Qeydiyyat AZNIC
Sponsor CCTLD
Aktual istifadə Azərbaycanda geniş istifadə olunur
Sənədlər whois.az
Veb-sayt nic.az

.azAzərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir.

2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur[1]. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib[2].

  1. "Statistics" (ingilis). 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
  2. Top-Level Domain Zone File Information Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine Verisign şirkətinin rəsmi saytı

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne