1944 | |
---|---|
est. 1944 | |
Janr |
dram melodram |
Rejissor | Elmo Nüqanen[1] |
Prodüserlər |
İlkka Matila Kristian Taska |
Ssenari müəllifi | Leo Kunnas[2] |
Baş rollarda |
Kaspar Velberq Kristian Yuksüla Mayken Şmidt Gerd Raudsep Kristian Sarv |
Operatorlar |
Reyn Kotov Mart Taniel |
Bəstəkar | Yaak Yurisson |
İstehsalçı | Taska Film |
İlk baxış tarixi | 2015 |
Filmin növü | bədii film |
Müddət | 100 dəqiqə |
Büdcə | 1 500 000 €[3] |
Ölkələr |
Estoniya Finlandiya |
Dil | eston dili |
İl | 2015 |
Rəng | rəngli |
IMDb | ID3213684 |
"1944" (est. 1944) — rejissor Elmo Nüqanen tərəfindən lentə alınmış Estoniya hərbi dram filmi. Filmin ilk premyerası Estoniyadan[4] və digər şimal ölkələrindən əvvəl 2015-ci ildə Berlində olmuşdur. Film əcnəbi dildə ən yaxşı film kimi Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatına namizəd olsa da, mükafat qazana bilmədi.[5]
Film 1944-cü ildə Tannenberq xətti uğrunda gedən döyüşdən (25 iyul – 10 avqust 1944) Sorve yarımadasında baş vermiş Tehumardi döyüşünədək baş vermiş müharibə səhnələrini əks etdirir. Həmçinin film eston əsgərlərinin gözü ilə müharibənin, eləcə də öz həmyerlisinə qarşı döyüşməyin dəhşətlərini göstərir.
Film həm sovet ordusu tərəfindən döyüşən, həm də alman ordusu tərəfindən döyüşən estonların timsalında müharibənin əsl perspektivlərini göstərir.
İlk öncə 1939-cu ildə işğalçı sovet ordusu müharibə etmədən Estoniyanı işğal etdi. Bir çox eston kişilər 1939-cu ildə Stalinin əmri ilə Sibirə sürgün edildi.[6] Bu səbəb ilə yerli xalqın Sovet İttifaqına olan münasibəti onları alman ordusu tərəfindən vuruşmağa vadar etdi. Təsadüfi deyil ki, İkinci dünya müharibəsi dövründə sovet ordusu tərəfindən 55.000 eston vuruşduğu halda, alman ordusu tərəfindən bu rəqəm ən azı 72.000 nəfər idi. Seçimlər tək əsgərlər tərəfindən deyil, həmçinin onların yaxınları tərəfindən edilirdi. Tannenberq xətti uğrunda gedən döyüşlər isə Stalinqrad döyüşündən sonra şərq cəbhəsində baş vermiş ikinci ən qanlı döyüş kimi tarixə düşmüşdür.[6] 1944-cü ilin iyul ayında Tannenberq xətti uğrunda başlanan döyüşlər noyabr ayının sonunda sovet ordusunun Sorve yarımadasını tutması ilə yekunlaşdı. Müharibə bitdikdən sonra isə Nürnberqdə baş tutmuş beynəlxalq hərbi məhkəmənin qərarı əsasında SS qüvvələri terrorçu təşkilat elan edilsə də, Baltik SS qüvvələri bəraət qazanaraq günahsız elan edildi.[6]