5pb. yap. 株式会社 | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qayşa |
Sənaye |
Anime Musiqi Videooyun |
Təsis tarixi | 6 aprel 2005 |
Baş qərargahın yeri | |
5pb.jp |
5pb. Inc. (株式会社5pb., Kabushiki gaisha 5pb.?, "The Five powered & basics." ifadəsinin qısaltması) — Yaponiya videooyun istehsalı şirkəti və videooyunlar və anime musiqiləri üçün səsyazma studiyası. 5pb. 6 aprel 2005-ci ildə Scitron-u tərk edən Çiyomaru Şikura tərəfindən qurulmuşdur.[1] 5ph. iki budaq şirkətdən ibarətdir: 5pb. Games videooyun istehsalçısı, 5pb. Records səsyazma studiyasıdır. Şirkət Şikura TYO Group-dan 15 aprel 2009-cu ildə lazımi hüquqları əldə edənə qədər tamamilə TYO Group-un filialı tərəfindən sahiblənmişdi.[2] Şikura həm 5ph. şirkətinin, həm də Dwango şirkətinin filialı olan AGOne şirkətinin sahibidir.[3] Şirkətdə yazıçı Naotaka Hayaşi, rəssam Yukihiro Matsuo və prodüser Tatsuya Matsuhara fəaliyyət göstərirlər.
2011-ci ilin aprelində Arkray, Seed Project, Dwango Creative School, Animelo Summer Life, 5pb. Records və 5pb. Games şirkətləri Çiyomaru Şikuranın başçılığı altında birləşərək Mages. Inc. şirkətini əmələ gətirmişdir.[4]