AC Milan | ||||
---|---|---|---|---|
Associazione Calcio Milan | ||||
![]() | ||||
Klubun tam adı | Milan Futbol Assiosasiyası | |||
Ölkə |
![]() |
|||
Ləqəb(lər) |
l Rossoneri (Qırmızı-qaralar), ll Diavolo (Şeytanlar ), İtaliya futbolunun flaqmanı (il fiore all'occhiello d'Italia) |
|||
Rəng(lər) | qırmızı, qara | |||
Yaranma tarixi | 16 dekabr 1899 ) | |||
Stadionu | San Siro | |||
Tutumu |
75 817 (minimum) 80 018 (maximum) |
|||
Sahibi |
![]() Fərdi səhmdarlar (0.07%)[3] |
|||
Prezidenti |
![]() |
|||
Baş məşqçisi |
![]() |
|||
Kapitanı |
![]() |
|||
Liqa | İtaliya A Seriyası | |||
2023–2024 | 2/20 | |||
| ||||
Rəsmi saytı | ||||
![]() |
Milan FK (it. Associazione Calcio Milan) — İtaliyanın Lombardiya regionunun Milan şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Associazione Calcio Milan"dır və buna görə klub dünyada daha çox "A.C. Milan" adıyla tanınır. Klub ev oyunlarını San-Siro stadionunda keçirir. Komandanın hal hazırda kapitanı Davide Kalabriya, baş məşqçisi isə Paulo Fonsekadır.
Dünyanın ən titullu klub komandalarından biridir. Ən çox beynəlxalq kubok qazanmış İtaliya futbol klubudur.
Klub ilk İtaliya çempionluğunu, çempionatda debüt etdiyi 1900/1901 mövsümundə, son çempionluğunu isə 2021/22 mövsümundə qazanıb.
1963-cü ildə Avropa Çempionlar kubokunu qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin Avropanın ən böyük klub turniri olan Çempionlar Liqasının kubokunu öz müzeyində əbədi saxlamaq hüququna malik 5 Avropa klubundan biridir. Klubun Çempionlar Liqasında son çempionluğu isə 2006/07 mövsümundə olub.
UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biridir (6 dəfə).
Klubun qazandığı son titul 2021/22 mövsümundə qazandığı İtaliya A Seriyası çempionluğudur.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, Avropada XX əsrin ən yaxşı dördüncu futbol klubudur.[4][5]
Klub İtaliya və dünya futbolunun ən varlı klublarından biridir.[6] O, Avropanın aparıcı futbol klublarından ibarət hazırda fəaliyyət göstərməyən "G-14" qrupunun, eləcə də onu əvəz edən Avropa Klublar Assosiasiyasının qurucu üzvüdur.[7]