Allan Hills 84001 | |
---|---|
![]() | |
Tip | Axondritlər |
Region | Viktoriya Torpağı, Antarktida |
Koordinatlar | 76°55′13″ c. e. 156°46′25″ ş. u.HGYO |
Tapılma tarixi | 1984 |
Kütlə | 1930.9 q |
Alternativ adlar | ALH 84001 |
ALH 84001 (Allan Hills 84001[1]) — 27 dekabr 1984-cü ildə Antarktidanın Allan Hills ərazisində tapılan meteorit. Tədqiqatçıların fikrincə bu, Yer kürəsində tapılmış 34 Mars mənşəli meteoritdən biridir. Meteoritin kütləsi 1,93 kiloqramdır. Tərkibində bakteriyanın daşlaşmasını əks etdirən mikroskopik struktura malik olması haqqında 1996-cı ildə NASA alimlərinin bəyanatından sonra meteorit məşhurlaşdı.[2].