Abxaziya pasportu

Abxaziya pasportu
abx. Атәылауаҩшәкәы
rus. Абха́зский па́спорт
Tərəfindən verilib  Abxaziya
Sənəd növü Pasport
Məqsəd Şəxsiyyət doğrulama və səyahət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abxaziya pasportu — Abxaziya Respublikası vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasport. Abxaziya yalnız Rusiya, Nikaraqua, Venesuela və Nauru tərəfindən tanındığından, abxazlar başqa ölkələrə getmək üçün Rusiya pasportlarından istifadə edirlər.

Abxaziya pasportunun etibarlı olduğu ölkələr.

Abxaziya pasportu tünd yaşıl rəngdədir. Ortada Abxaziyanın gerbi, yuxarıda ölkənin adı (Abxaziya), aşağıda isə "pasport" yazılıb. Onların hamısı həm abxaz, həm də rus dillərində yazılıb.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne