Abxazlar abx. Аҧсуа | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Abxaz dili, Türk dili, Rus dili və Gürcü dili |
Dini | Xristianlıq (pravoslav) |
Vikianbarda əlaqəli mediafayllar |
Abxazlar — Şimali Qafqazda xalq. Dilləri abxaz dilidir.
ABXAZLAR (özlərini apsua adlandırırlar) – abxaz-adıge xalqlarından biri, Abxaziyanın əsas əhalisi. Abxaziyada sayları 91,2 min nəfərdir (1995). Rusiyada və Türkiyədə, həmçinin ərəb ölkələrində də yaşayırlar. Ümumi sayları 140 mindən çoxdur (2000). Abxaz dilində danışırlar. Abxazların əcdadları Qafqazın Qara dəniz sahillərinin qədim sakinlərindən olmuşlar. Bəzi mülahizələrə görə, Abxazların etnogenezində e.ə. 3–2-ci minilliklərdə Kiçik Asiyadan bu əraziyə gəlmiş əhali qrupları iştirak etmişlər. Əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar. Dindarları müsəlman və xristiandırlar.