Adam Frank | |
---|---|
Adam Frank | |
Doğum tarixi | 1962, 1 avqust |
Doğum yeri | ABŞ, Nyu Cersi |
Vətəndaşlığı | ABŞ |
İxtisası | astronom, fizik |
Təhsili | Kolorado, Vaşinqton Universitetləri |
Fəaliyyəti | astronom, fizik, yazıçı, astrofizik, universitet müəllimi[d] |
Elmi dərəcəsi | professor |
Tanınır | elmi yazıçı, astrofizik |
adamfrankscience.com |
Adam Frank (1 avqust 1962) — Amerikalı fizik, astronom və yazıçıdır. Onun elmi tədqiqatları ulduzların meydana gəlməsi və inkişafının son mərhələlərinə diqqət yetirməklə hesablama astrofizikasına yönəlmişdir. Onun fəaliyyətinə həm də ekzoplanet atmosferi və astrobiologiya üzrə tədqiqatlar daxildir. O, ekzo-sivilizasiyalar haqqında məlumatlar toplamağa çalışmışdır.
Onun əsərlərində bir çox elmi məsələlərə diqqət yetirilmişdir. Mövzulara aşağıdakılar daxildir: iqlim və insan gələcəyi, texnologiya və mədəni təkamül; şüurun təbiəti və təcrübə; elm və din. O, Milli İctimai Radioda (NPR) yaranan 13.7 Kosmos və Mədəniyyət Bloqunun həmtəsisçisidir[1] və o, NPR-nin Hər Şey Nəzərdən keçirilməsi bloquna da müntəzəm olaraq efirdə töhfə verir. O, vaxtaşırı New York Times qəzeti üçün də yazır.