After Hours (The Weeknd albomu)

After Hours
The Weeknd tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 20 mart 2020
Yazılma tarixi 2018–2020
Janr
Müddət 56:19
Dil ingilis dili
Leybl
Prodüser
  • DaHeala
  • Illangelo
  • Kevin Parker
  • Max Martin
  • Metro Boomin
  • Notinbed
  • OPN
  • Oscar Holter
  • Prince 85
  • Ricky Reed
  • The Weeknd
The Weeknd albomlarının xronologiyası
"The Weeknd in Japan"
(2018)
"After Hours"
(2020)
"The Highlights"
(2021)
After Hours albomundan sinqllar
  1. "Heartless"
    Yayımlanıb: 27 noyabr 2019
  2. "Blinding Lights"
    Yayımlanıb: 29 noyabr 2019
  3. "In Your Eyes"
    Yayımlanıb: 24 mart 2020
  4. "Save Your Tears"
    Yayımlanıb: 9 avqust 2020

After Hours — kanadalı müğənni-bəstəkar The Weeknd-in dördüncü studiya albomu.[1] 20 mart 2020-ci ildə XO və Republic Records tərəfindən buraxılıb.[2] Əsasən Weeknd tərəfindən yaradılan bu albom üzərində DaHeala, Illangelo, Max Martin, Metro Boomin və OPN daxil olmaqla müxtəlif prodüserlər çalışıblar. Onların əksəriyyəti The Weeknd ilə əvvəllər birlikdə işləmişlər. Albomun standart nəşrində heç bir duet yoxdur, lakin lüks buraxılışda Ariana Grande, remikslər buraxılışında isə Chrommatics və Lil Uzi Vert -dən qonaq çıxışları var.[3] Məzmun olaraq, After Hours tənhalıq, özünə nifrət və azad olmağı araşdırır.

Albom buraxılmazdan əvvəl The Weeknd təsdiqlədi ki, "After Hours" stilistik baxımdan sələfi "Starboy" (2016) ilə ziddiyyət təşkil edəcək. Musiqi jurnalistləri bu albomu Weeknd üçün bədii ixtira kimi qeyd etdilər.[4] Albomun adı 1985-ci ildə eyniadlı filmdən götürülüb.

"After Hours" dörd sinql tərəfindən dəstəklənir: "Heartless", "Blinding Lights",[5] "In Your Eyes" və "Save Your Tears", bunlardan üçü Billboard Hot 100 -də bir nömrəyə çıxıb. Başlıq treki tanıtım sinqlı olaraq buraxılıb. Albom müsbət rəylər alıb; bəzi tənqidçilər bunu Weeknd-in ən yaxşı işi adlandırdılar. Albom the Weeknd-in ABŞ-da dördüncü bir nömrəli albomu olaraq Billboard 200-ün zirvəsində debüt etdi və ardıcıl dörd həftə ərzində zirvədə qaldı.[6] "After Hours" həm də Kanada və Böyük Britaniya da daxil olmaqla, 20 digər ölkədə ən yüksək pillədə qərarlaşmışdı. 2022-ci ilin dekabr ayından etibarən albom Amerika Səsyazma Sənayesi Assosiasiyası tərəfindən üçqat platin sertifikatına layiq görülüb. COVID-19 pandemiyasının səbəb olduğu tur ləngimələri səbəbindən Weeknd beşinci studiya albomu olan "Dawn FM"-i 2022-ci ilin əvvəlində tura başlamadan əvvəl tamamladı.

  1. Yoo, Noah. "The Weeknd Announces New Album After Hours". Pitchfork (ingilis). 2020-02-13. İstifadə tarixi: 2025-01-23.
  2. Hussey, Allison. "The Weeknd Details New Album, Shares New Song "After Hours"". Pitchfork (ingilis). 2020-02-19. İstifadə tarixi: 2025-01-23.
  3. "The Weeknd Surprises Fans With Deluxe Version of 'After Hours'". Hypebeast. 2020-03-23. İstifadə tarixi: 2025-01-23.
  4. Wilson, Seth. "The Weeknd 'After Hours' Album Review: A Triumphant Look at Heartbreak". Slant Magazine (ingilis). 2020-03-28. İstifadə tarixi: 2025-01-23.
  5. Grant, Shawn. "The Weeknd Reveals the Tracklist for 'After Hours' Album". thesource.com (ingilis). 2020-03-18. İstifadə tarixi: 2025-01-23.
  6. Trust, Gary. "The Weeknd's 'Blinding Lights' Leads Hot 100 for 4th Week, DaBaby & Roddy Ricch's 'Rockstar' Launches in Top 10". Billboard (ingilis). 2020-04-27. İstifadə tarixi: 2025-01-23.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne