Airbus A380 | |
---|---|
Tipi | sərnişin təyyarəsi |
Hazırlayan | Airbus |
İstehsalçı | Airbus |
İlk uçuş | 27 aprel 2005 |
İstismara verilmə tarixi | 25 oktyabr 2007 (Singapore Airlines ilə) |
Status | istifadə edilir |
İstismarçılar |
|
İstehsal ili | 2005 — h.h |
Buraxılış sayı | 232 |
Hazırlanma dəyəri | 15 milyard ABŞ dolları |
Vahidinin qiyməti | 445,6 milyon ABŞ dolları[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Airbus A380 — Airbus tərəfindən istehsal edilən iki mərtəbəli, geniş gövdəli, dörd mühərrikli təyyarə.[2][3] Dünyanın ən böyük sərnişin təyyarəsi olduğu üçün hava limanı operatorları onu qəbul etmək üçün hava limanında təkmilləşdirmə işləri aparırlar. İlk adı Airbus A3XX idi və təyyarə bazarında Boeing-ə meydan oxuyurdu. Airbus A380 ilk uçuşunu 27 aprel 2005-ci ildə etmişdir. İstismara isə 25 oktyabr 2007-ci ildə Singapore Airlines tərkibində buraxılmışdır. Daha yaxşılaşdırılmış versiyası olan A380plus hələ inkişaf mərhələsindədir.
A380-nin üst hissəsi gövdənin bütün uzunluğu boyunca uzanır. Alt göyərtədən daha dar olsa da, digər geniş gövdəli təyyarələrinin eni ilə müqayisə edilə bilər. A380-800 kabininin 550 kvadrat metrlik istifadə edilən sahəsi,[4] Boeing 747-8-dən 40% çoxdur[5] və tipik üç sinif konfiqurasiyasında 525 sərnişin tutumu mövcuddur. A380-800, 8.500 dəniz mili (15.700 km) dizayn aralığına malikdir. Dünyadakı dördüncü və yeddinci ən uzun dayanmayan reyslərə xidmət edir.
2018-ci ilin noyabr ayından etibarən, Airbus 331 firmadan sifariş aldı və 232 təyyarə göndərdi; Emirates ən böyük A380 müştərisidir. Emirates-in sifariş etdiyi 162 təyyarədən 107-si təslim edilib.[1]