Akselbant

Akselbant.

Akselbant (alm. Achselband‎ və ya Achsel — çiyin, Band — lent) — qızılı, gümüşü və ya rəngli saplardan toxunan və metal ucluqlarla tamamlanan hərbi geyim aksessuarı. 17-ci əsrdən Qərbi Avropada geniş yayılmışdır. Hazırda bir çox dünya dövlətlərində, eləcə də Azərbaycanda fəxri qarovul və hərbi paradlarda iştirak edən şəxsi heyətin geyimlərində, hərbi məktəb kursantların geyimlərində istifadə olunur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne