Al Kapon | |
---|---|
ing. Al Capone | |
| |
Doğum tarixi | 17 yanvar 1899[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1947[1][2][…] (48 yaşında) |
Vəfat səbəbi | ürək tutması[d] |
Fəaliyyəti | Mafiya rəhbəri |
Vikianbarda əlaqəli mediafayllar |
Al Kapon, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1899[1][2][…], Bruklin, Nyu-York ştatı – 25 yanvar 1947[1][2][…]) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır.
Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 – 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 – 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi.
Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.