Albaniyada holokost (alb. Holokausti në Shqipëri) yəhudilər, qaraçılar, slavyanlar və Böyük Albaniyada yaşayan digər azlıqlara qarşı törədilmiş qətllər və deportasiyalardan ibarət idi, onun əsas təşkilatçıları Üçüncü Reyx, Faşist İtaliyasıvə Albaniya kollaborasionist qüvvələri olmuşdur və bütün hadisələr ölkənin İkinci dünya müharibəsi zamanı italyan və alman işğalı altında olduğu zamanda baş vermişdir. Müharibə boyu təxminən 2000 yəhudi Albaniyada sığınacaq axtarırdılar. Ölkəni ilk öncə Faşist İtaliyası, sonra Üçüncü Reyx işğal etməsinə baxmayraq, yerli alban əhalisi yəhudi qaçqınların əksəriyyətinə qarşı yaxşı davranırdılar. Albanlar besa kimi tanınan ənənəvi qonaqpərvərlik adətlərinə riayət edərək, yəhudi qaçqınlarını dağ kəndlərində qoruyurdular və onları Adriatik limanlarına çatdırırdılar ki, oradan İtaliyaya qaça bilsinlər. Digər yəhudilər bütün ölkəni əhatə edən müqavimət hərəkatına qoşuldular.
Albanların çoxluq təşkil etdiyi Kosovoda yaşayan 500 yəhudi üçün bu sınaq tamam başqa cür oldu, və çoxları müharibədən sağ çıxa bilmədilər. 1943-cü ilin sentyabr ayında İtaliya təslim olanda, alman qoşunları Albaniya, Kosovo və ölkəyə birləşdirilmiş digər əraziləri işğal etdi. 1944-cü ildə Waffen-SS adlı alban diviziyası yaradıldı, hansı ki Kosovodan olan daha 281 yəhudini həbs edib almanlara təhvil verdi, dustaqları sonra Bergen-Belzen həbs düşərgəsinə deportasiya etdilər və çoxlarını öldürdülər. 1944-cü ilin sonlarında almanlar Albaniyadan qovuldu, və ölkə Ənvər Xocanın rəhbərliyi altında kommunist dövlətə çevrildi. Təxminən eyni vaxtda Ox qüvvələri albanların qəsb etdiyi Kosovo və Qərbi Makedoniyanın rayonlarında Yuqoslaviya partizanlarına məğlub olmuşdular, sonralar bu ərazilər yeni yaradılmış Yuqoslaviya Sosialist Federativ Respublikasına birləşdirilmişdi.
Müharibə zamanı Böyük Albaniyada təxminən 600 yəhudi qətlə yetirilmişdi. Əslində müharibənin sonunda Albaniyanın yəhudi əhalisi müharibənin əvvəlində olduğundan 11 dəfədən çox yüksəlmişdi, müharibədən qabaq yəhudi sayısı təxminən 1800 nəfər idi. Onların çoxusu sonradan İsrailə mühacirət etdilər, qalan yüzlərlə yəhudi isə 1990-cı illərin əvvəlində baş verən kommunizmin süqutundan sonra doğma ölkələrinə qayıtdılar. 2011-ci ilin vəziyyətinə görə, 69 albaniyalı Holokost zamanı yəhudilərin xilas edilməsində köməklik etdikləri üçün dünyanın sülh ədalətliləri adına sahibdirlər.