Aleksandr De Kro | |
---|---|
Belçika Krallığının Baş naziri | |
1 oktyabr 2020 – h.h | |
Əvvəlki | Sofi Vilmes |
Belçika Krallığının Maliyyə Naziri | |
9 dekabr 2018 – 1 oktyabr 2020 | |
Əvvəlki | İohan Van Overtveldt |
Sonrakı | Vinsent Van Peteqem |
Belçika Krallığının Baş nazirinin müavini | |
22 oktyabr 2012 – 1 oktyabr 2020 | |
Əvvəlki | Vinsent Van Kvikenborn |
Sonrakı | Vinsent Van Peteqem Jorj Jilkine Petra De Satter Sofi Vilmes Vinsent Van Kvikenborn Pyer-İv Derman Frenk Vandenbruk |
Belçika Krallığının Pensiya Naziri | |
22 oktyabr 2012 – 11 oktyabr 2014 | |
Əvvəlki | Vinsent Van Kvikenborn |
Sonrakı | Daniel Baklen |
Açıq Flandriya Liberal və Demokratlarının lideri | |
12 dekabr 2009 – 22 oktyabr 2012 | |
Əvvəlki | Qay Verhofştadt (müvəqqəti) |
Sonrakı | Qay Verhofştadt (müvəqqəti) |
Belçika Krallığının İnkişaf Əməkdaşlıq Naziri | |
11 oktyabr 2014 – 1 oktyabr 2020 | |
Əvvəlki | Jan-Paskal Labil |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Vilvorde, Belçika |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Herman De Kro |
Anası | Fransua Degin |
Həyat yoldaşı | Annik Penders |
premier.be | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr De Kro (alm. Alexander De Croo; fr. Alexander De Croo; nid. Alexander De Croo; 3 noyabr 1975, Vilvorde[d], Brabant əyaləti[d]) — Belçika siyasətçisi və iş adamı, 2020-ci ilin oktyabr ayından etibarən Belçika Krallığının Baş naziri.
De Kro Flandriya bölgəsinin Vilvorde şəhərində anadan olub və Brüsseldə Vriye Universitetində iş mühəndisliyi təhsili alıb. Ardınca isə Şimal-Qərb Universiteti]]ndən magistr dərəcəsi əldə edib. 2006-cı ildə öz şirkəti "Darts-ip"-i qurmadan öncə "Boston Consulting Group"-da çalışıb. De Kro 2009–2012-ci illərdə rəhbərlik etdiyi Belçika Açıq Flandriya Liberal en Demokratlar Partiyasının üzvü oldu. 2012-ci ildən 2020-ci ilədək De Kro, Elio Di Rupo, Şarl Mişel və Sofi Vilmes hökumətlərində Belçika Baş nazirinin müavini vəzifəsində çalışıb.
Baş nazirin müavini olduğu dövrdə 2012–2014-cü illərdə Pensiya Naziri, 2014–2020-ci illərdə İnkişaf Əməkdaşlıq Naziri, 2018–2020-ci illərdə Maliyyə Naziri vəzifələrində çalışıb. Federal seçkilərdə De Kro hökuməti Vilmes hökumətinin yerinə De Kronun Baş nazir olması ilə quruldu.