Aleksandr Qreyam Bell | |
---|---|
ing. Alexander Graham Bell[1] | |
Doğum tarixi | 3 mart 1847[3][4][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 1922[3][1][…] (75 yaşında) |
Vəfat səbəbi | şəkərli diabet[6] |
Elm sahələri | loqopediya, telefoniya[2] |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Qrem Bell (ing. Alexander Graham Bell; 3 mart 1847[3][4][…], Edinburq[1] – 2 avqust 1922[3][1][…]) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur.
Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir.
Aeronavtika (təyyarəçilik), hava yastıqları və optik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi. [7]