Aleksis de Tokvil | |
---|---|
fr. Alexis de Tocqueville | |
Doğum adı | Alexis-Charles-Henri Clérel de Tocqueville |
Doğum tarixi | 29 iyul 1805[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1859[1][2][…] (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksis de Tokvil (fr. Alexis de Tocqueville; 29 iyul 1805[1][2][…], Paris[4] – 16 aprel 1859[1][2][…], Kann[4]) — Fransa diplomatı, tarixçisi və politoloqu. O, ən əsas "Amerikada demokratiya" (2 cilddə, 1835 və 1840-cı il) və "Köhnə rejim və inqilab" (1856) əsərlərinə görə məşhurdur. Tokvil hər iki əsərində fərdlərin yaxşılaşdırılmış həyat standartlarını və sosial vəziyyətlərini, eləcə də onların qərb cəmiyyətlərindəki dövlət və bazarla münasibətini araşdırmışdır. Tokvilin Amerikaya səyahətlərindən sonra nəşr olunan "Amerikada demokratiya" əsəri bu gün sosiologiya və siyasi elmin ilkin əsəri hesab olunur.
Tokvil əvvəlcə İyul monarxiyası, daha sonra İkinci Respublika dövründə siyasi aktivist olmuşdur. Napoleon Bonapartın 2 dekabr 1851-ci ildə dövlət çevrilişi etməsindən sonra siyasi həyatından uzaqlaşmış, "Köhnə rejim və inqilab" əsəri üzərində işləməyə başlamışdır.[5] O iddia edirdi ki, Fransa inqilabının əhəmiyyəti kral XIV Lüdovikin hakimiyyəti zamanı başlamış "Fransa dövlətini müasirləşdirmək və mərkəzləşdirmək" prosesini davam etdirmək idi. Onun fikrincə, inqilabın uğursuzluğu abstrakt maarifçilik ideallarına həddən artıq bağlı olan deputatların təcrübəsizliyindən irəli gəlirdi.