Aliko Danqote | |
---|---|
![]() | |
Doğum tarixi | 10 aprel 1957[1][2] (67 yaş) |
Təhsili | |
Fəaliyyəti | iş adamı, sənayeçi, xeyriyyəçi, sahibkar, biznes maqnatı, baş icraçı direktor |
Fəaliyyət illəri | 1977-ci ildən |
Üzvlüyü | |
dangote-group.com | |
![]() |
Aliko Danqote (ing. Aliko Dangote; 10 aprel 1957[1][2]) — Nigeriya biznesmeni və sənayeçisi. O, daha çox Qərbi Afrikanın ən böyük sənaye konqlomeratı olan "Dangote Group"un qurucusu, sədri və baş direktoru kimi tanınır. "Bloomberg" Milyarderlər İndeksi 2024-cü ilin may ayında onun xalis sərvətini 15,3 milyard ABŞ dolları dəyərində qiymətləndirir və bu onu Afrikanın ən zəngin insanı, dünyanın ən zəngin qaradərili insanı və dünyanın 132-ci ən varlı insanı edir.[3][4][5]