All Eyez on Me | |
---|---|
![]() | |
Tupak Şakur tərəfindən ifa olunmuş studiya albomu | |
Yayımlanma tarixi | 13 fevral 1996 |
Yazılma tarixi | 13-27 oktyabr 1995 |
Janr | Hip-hop - West Coast Hip-hop - G-Funk |
Müddət | 132 dəqiqə 18 saniyə |
Dil | ingilis dili |
Prodüser | Şuq Nayt (baş Pro), Tupak Şakur, Dj Quik, Dat Nigga Daz, Devante, Dj Pooh, Dr. Dre, Bobby "Bobcat" Ervin, Doug Rasheed, Harold Scrap Freddie, Johnny "J", Mike Mosley, Rick Rock |
|
All Eyez on Me — Tupak Şakurun 4-cü studiya albomu. Eyni zamanda albom 2pac-ın yaşayarkən çıxartdığı son albomudur. 13 fevral 1996-cı ildə buraxılan albom ilk həftəsində təxminən 566 min nüsxə satıldı. Tupakın ən yaxşı işi olaraq da qəbul edilən albom həm də hip-hop tarixindəki ilk iki diskli albomdur. RIAA-a görə albom bütün vaxtların ən çox satılan rep albomlarından biridir.[1] 1998-ci ilin iyun ayında RIAA tərəfindən 9x platin olaraq qeyd edildi. 2014-cü ilin iyul ayında isə albomun satışı ABŞ daxilində 10 milyon nüsxəni keçdi və RIAA tərəfindən "Almaz albom" statusunu aldı.[2]