Amitay Etsioni | |
---|---|
ivr. אמיתי עציוני | |
Doğum adı | Werner Falk |
Doğum tarixi | 4 yanvar 1929[2][3] |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 2023[4] (94 yaşında) |
Vəfat yeri | |
Uşağı | 5 |
Elm sahələri | sosioiqtisadiyyat, kommunitarizm, sosiologiya[1] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbəri | Seymur Martin Lipset |
amitaietzioni.org |
Amitay Etsioni (ivr. אמיתי עציוני, ing. Amitai Etzioni; 4 yanvar 1929[2][3], Köln, Reyn əyaləti[d][5] – 31 may 2023[4], Vaşinqton; doğum adı Verner Falk (alm. Werner Falk)) — təşkilat sosiologiyası, sosioiqtisadiyyat, kommunitarizm, sosial və siyasi fəlsəfə, beynəlxalq münasibətlər nəzəriyyəsi (yeni qlobal memarlığın formalaşması) sahəsindəki işləri ilə tanınan alman yəhudi əsilli amerikalı sosioloq. 1990-cı illərin əvvəllərində kommunitar hərəkatların qurucularından biri olmaqla yanaşı hərəkatın fikirlərini yaymaq üçün kommunitar şəbəkələrin qurucusu idi.