Ana! | |
---|---|
ing. Mother! | |
![]() | |
Janr | müəmma filmi, dram filmi, qorxu filmi, triller filmi |
Rejissor | Darren Aronofski |
Prodüserlər |
Skott Franklin Ari Hendel |
Ssenari müəllifi | Darren Aronofski |
Baş rollarda |
Cennifer Lourens Xaviyer Bardem Ed Harris Mişel Pfayfer |
Montajçı | Endrü Vaysblum[d] |
İstehsalçılar |
Protozoa Pictures Distribütor: Paramount Pictures |
Distribütor | Paramount Pictures, UIP-Dunafilm[d][3], Netflix, Hulu[d] |
İlk baxış tarixi |
5 sentyabr 2017 (Venesiya) 15 sentyabr 2017 (ABŞ) |
Müddət | 121 dəq.[1] |
Büdcə | 30 milyon $ [2] |
Gəlir | 44,5 milyon $[2] |
Ölkə |
![]() |
Dil | ingiliscə |
Rəng | rəngli[d] |
IMDb | ID5109784 |
![]() |
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmi. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub.
Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi.[4] Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına baxmayaraq film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.[5]