Anarxo-feminizm — anarxizm və feminizmin sintezi. Feminist anarxistlər bütün hökumətlərə, hər cür iyerarxiyaya və liderlərə qarşı çıxırlar. Anarxo-feminizm patriarxlığı mövcud dövlət sisteminin təməl təzahürü və cəmiyyətin əsas problemi kimi baxır. Anarxo-feministlər, ataerkilliyə qarşı mübarizənin sinif mübarizəsinin və anarxistlərin dövlətə və kapitalizmə qarşı apardığı mübarizənin ən vacib komponenti olduğuna inanırlar.[1] Anarxo-feministlərə görə, qadınların öz həyatlarını idarə edə biləcəyi alternativ bir sistem yaratmaq üçün qadınların inqilabi potensialına əsaslanaraq bilavasitə hərəkətə keçmək lazımdır.[1]
Əslində, bu ideologiya anarxistlərin mübarizəsini feminist və ya profeministlərin mübarizəsinin zəruri komponenti kimi görür və əksinə. ABŞ-də, əsasən anarxo-feminizmin fərdi formaları üstünlük təşkil edir, Avropada isə kollektivizmə daha çox diqqət yetirilir.