Angel Beats! | |
エンジェルビーツ! (Enjeru Bītsu!) azərb. Mələk ritmləri! | |
---|---|
Janr | döyüş, komediya-drama, fövqəltəbii |
Anime | |
Rejissor | Seyci Kişi |
Prodüsser | Kenci Horikava Hiro Maruyama Hironori Toba |
Ssenarist | Cun Maeda |
Bəstəkar | Cun Maeda Anant-Garde Eyes |
Studiya | P.A. Works |
Digər lisenziyalar | |
Kanal | CBC, MBS, BS11, RKB, TBS, TUT |
Buraxılış tarixi | 3 aprel 2010 – 26 iyun 2010 |
Seriyalar | 13 (seriya siyahısı) |
Nəşrlər | |
| |
Anime | |
Angel Beats!: Stairway to Heaven | |
Rejissor | Seyci Kişi |
Studiya | P.A. Works |
Digər lisenziyalar | |
Vaxt | 24 dəq. |
Anime | |
Angel Beats!: Hell's Kitchen | |
Rejissor | Seyci Kişi |
Studiya | P.A. Works |
Vaxt | 29 dəq. |
Əlaqəli | |
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!?, azərb. Mələk ritmləri!) — Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar və hər ikisi "Kanon", "Air" və "Clannad" vizual romanlarının istehsalında iştirak etmişdilər. Anime serialı Yaponiyada 2010-cu ilin 3 aprelindən 26 iyununa kimi yayımlanmışdır. Birinci OVA seriyası 2010-cu ilin dekabrında, ikinci OVA seriyası 2015-ci ilin iyununda buraxılmışdır. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində olan personaj öldükdən sonra yaddaşını itirən Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyasındakı bir məktəbə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri onu Axirət Dünyası Cəbhəsi adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılıq etdiyi bu təşkilatın əsas məqsədi məktəb şurasının prezidenti və fövqəltəbii güclərə malik Mələyə qarşı döyüşməkdir.
Key şirkəti ASCII Media Works nəşriyyatının "Dengeki G's Magazine" jurnalı ilə əməkdaşlıq edərək layihəni mediafranşizə çevirmişdir. "Dengeki G's Magazine" və "Dengeki G's Comic" jurnallarında 4 manqa adaptasiyası nəşr olunmuşdur: ikisi Haruka Komovatanın, ikisi Yuriko Asaminin rəssamlığı ilə. Maeda və GotoP tərəfindən hazırlanmış qısa hekayələr seriyası "Dengeki G's Magazine" jurnalında 2009-cu ilin noyabrından 2010-cu ilin mayına kimi serializasiya olunmuşdur. "Angel Beats!"-i reklam etmək üçün iki internet-radio verilişi yayımlanmışdır. Key tərəfindən Windows platforması üçün istehsal olunmuş vizual roman 26 iyun 2015-ci ildə buraxılmışdır.
"Angel Beats!" ümumilikdə tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Bir rəydə musiqi performansları, yumor və döyüş kimi individual elementlərin bir-birini tamamlaması təriflənmiş, lakin digər bir rəydə hekayənin müxtəlif elementlərlə həddən artıq "yüklənməsi" tənqid olunmuşdur. P.A. Works döyüş səhnələrinin animasiyasına və istifadə olunan silahların ətraflı təsvir edilməsinə görə təriflənmişdir. Tənqidçilərə görə anime serialının ən çatışmayan cəhəti çox qısa olmasıdır, çünki bir çox personajların keçmiş ilə bağlı hekayələri açıqlanmamış qalmasına səbəb olur. Anime serialı 2010-cu ildə baş tutmuş 14-cü Yaponiya Media Sənəti Festivalında jürilər tərəfindən "məsləhət görülən iş" seçilmişdir.