Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Angela Merkel | |
---|---|
alm. Angela Merkel[1][2][…] | |
| |
22 noyabr 2005 – 8 dekabr 2021 | |
Əvvəlki | Gerhard Şröder |
Sonrakı | Olaf Scholz |
Almaniya Bundestaqının üzvü[d] | |
20 dekabr 1990 – 10 noyabr 1994 | |
Almaniya Bundestaqının üzvü[d] | |
10 noyabr 1994 – 26 oktyabr 1998 | |
Almaniya Bundestaqının üzvü[d] | |
26 oktyabr 1998 – 17 oktyabr 2002 | |
Almaniya Bundestaqının üzvü[d] | |
17 oktyabr 2002 – 18 oktyabr 2005 | |
Almaniya Bundestaqının üzvü[d] | |
18 oktyabr 2005 – 27 oktyabr 2009 | |
Almaniya Bundestaqının üzvü[d] | |
27 oktyabr 2009 – 22 oktyabr 2013 | |
Almaniya Bundestaqının üzvü[d] | |
Vəzifədədir | |
22 oktyabr 2013-cü ildən | |
XDİ-nin baş katibi[d] | |
7 noyabr 1998 – 10 aprel 2000 | |
Əvvəlki | Peter Hintze[d] |
Sonrakı | Ruprecht Polenz[d] |
Almaniya Bundestaqının üzvü[d] | |
24 oktyabr 2017 – 26 oktyabr 2021 | |
Xristian Demokrat İttifaqının lideri[d] | |
10 aprel 2000 – 7 dekabr 2018 | |
Əvvəlki | Wolfgang Schäuble[d] |
Sonrakı | Annegret Kramp-Karrenbauer[d] |
Bundestaqın XDİ/XSİ fraksiyasının sədri[d] | |
24 sentyabr 2002 – 21 noyabr 2005 | |
Əvvəlki | Friedrich Merz[d] |
Sonrakı | Volker Kauder[d] |
XDİ Meklenburq-Qərbi Pomeraniya Partiyasının sədri[d] | |
1993 – 2000 | |
Əvvəlki | Günther Krause[d] |
Sonrakı | Steffie Sşnor[d] |
Avropa Şurasının fəaliyyətdə olan prezidenti[d] | |
1 yanvar 2007 – 30 iyun 2007 | |
Əvvəlki | Matti Vanhanen[d] |
Sonrakı | Xose Sokrates[d] |
Şəxsi məlumatlar | |
Doğum adı | Angela Dorothea Kasner[7][2][…] |
Doğum tarixi | 17 iyul 1954[3][4][…] (70 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, fizik |
Atası | Horst Kasner[d][7][10][…] |
Anası | Hörlind Kasner[d][7][10][…] |
Həyat yoldaşları | |
Dini | Almaniyada protestant kilsəsi[d][13], lüteranlıq[10], enavgelist kilsə[d][9] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, nəzəri kimya[d], analitik kimya, fizika[1] |
|
|
Təltifləri |
|
buero-bundeskanzlerin-ad.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Angela Merkel (alm. Angela Dorothea Merkel; 17 iyul 1954[3][4][…], Eymsbüttel[d], Hamburq, Qərbi Almaniya[12]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır[14].
Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi.
2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Angela Merkelin kansler olduğu dövrdə Almaniya Federativ Respublikası Avropa dəyərlərinin Avropa İttifaqı daxilində və xaricində təbliği və möhkəmləndirilməsinə əsaslanan hərtərəfli xarici siyasət modeli hazırlamışdır. Xarici siyasət trayektoriyalarına transatlantik tərəfdaşlıq, Avropaya inteqrasiya və qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi öhdəliyi daxildir.[15]