Animal Planet

Animal Planet
Loqonun şəkli
2018-ci ildən kanalın yeni loqosu
Ölkə
Yayım ərazisi Yer
Baş qərargah
  • Silver-Sprinq[d]
Yaranma tarixi 1 oktyabr 1996
Sahibi Warner Bros. Discovery[d]
Sayt animalplanet.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peykkabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne