Anna Karenina (roman)

Anna Karenina
rus. Анна Каренина
Müəllif Lev Tolstoy
Janrlar roman, Realizm
Orijinalın dili rus dili
Ölkə
Orijinalın nəşr ili 1877
Səhifə 864 (ilk nəşr)
Əvvəlki Hərb və Sülh
Sonrakı Dirilmə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna Karenina (rus. Анна Каренина) — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilmiş roman. Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir.

Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.N. Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne