Anna Kurnikova | |
---|---|
rus. Анна Сергеевна Курникова | |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Moskva SSRİ |
Boyu | 173 m |
Çəkisi | 56 kq |
Karyeranın başlanğıcı | oktyabr 1995 |
Karyeranın sonu | 2003 |
İşlək əli | sağ |
Mükafat pulları | 3 584 662 $ |
Fərdi nəticələri | |
Fərdi titulları | 2 ITF |
Ən yüksək fərdi mövqeyi | 8 20 noyabr 2000 |
Sayt | kournikova.com |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Kurnikova — Dünyaca məşhur tennisçi və fotomodel
1981-ci il, iyunun 7-də Moskvada idmançı ailəsində anadan olub. Annanın atası Sergey - peşəkar güləşçi, anası Alla tennis məşqçisi olub. Tennislə ciddi şəkildə beş yaşından məşğul olmağa başlayıb. 10 yaşında ona Amerikadakı məşhur Nika Boletyeri tennis akademiyasına gəlmək təklif olunub və o bunu qəbul edib. 14 yaşında dünya gənclər reytinqinin 1 nömrəli tennisçisi adını qazanan Kurnikovanın uğurları bununla bitməyib. 16 WTA turniri qazanan Anna 2001-ci ildə sol ayağından zədə alır. Bir il sonra kortlara dönən Kurnikova məşhur tennisçi Martina Hingislə birlikdə cütlüklərdə ikinci "Böyük Şlem" turnirini qazanır. 2003-cü ildə zədəsini təzələyən Anna, 2003-cü ilin mayında karyerasını bitirir.