""Another Part Of Me"" | ||||
---|---|---|---|---|
![]() | ||||
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 11 iyul, 1988 | |||
Format | sinql | |||
Janr | R&B, Pop, Funk | |||
Dil | ingilis dili | |||
Müddət |
3:54 (albom versiyası) 3:46 (sinql mix) 6:18 (12" edit) |
|||
Prodüser | Maykl Cekson, Quincy Jones | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Another Part Of Me – Maykl Ceksonun 1987-ci ildə çıxardığı yeddinci solo albomu – Bad albomundan olan sinql. Mahnı sinql kimi 1988-ci ildə satışa çıxarılmışdır. Mahnının prodüserliyini ifaçıyla yanaşı Quincy Jones etmişdir. Əslində mahnı ilk dəfə 1986 – cı ildə Captain EO 3-D filmi üçün ifa edilmişdir. 1988 ci il 11 iyul tarixində mahnı sinql kimi satışa çıxarıldıqdan sonra isə Michael Jackson's Moonwalker video oyununda da soundtrack kimi istifadə edilmişdir.
Mahnı daha çox 1988-ci ildə çıxan Moonwalker filminin tanıtımı üçün çıxarılmış xarakteri daşıyır. Həmçinin mahnı Grand Theft Auto: Episodes from Liberty City video oyununda da maşında, Vice City FM radio dalğasında səslənən mahnı kimi istifadə edilib.
2009-cu ilin iyulunda Madonna “Sticky & Sweet Tour” turunun ikinci hissəsində mahnının bir hissəsini istifadə etmişdir.[1] Cekson imitatoru Cekson mahnılarının popuri rəqsi zamanı mahnıdan istifadə etmişdir.[2]
“Bad” albomunun 2001-ci il xüsusi buraxılışı üçün verdiyi müsahibədə Kuinsi Cons qeyd edir ki, “Cekson "Another Part of Me" yerinə "Streetwalker" mahnısını yayımlamaq istəmişdir. Lakin, menecer Frenk DiLeonun mahnının sədaları altında rəqs etməsini gördükdən sonra məhz "Another Part of Me" mahnısını alboma daxil etmişdir.” “Streetwalker” mahnsısı isə 2001-ci ildə Bad albomunun 25 illik yubiley buraxılışına daxil edilmişdir.