Ant Wan

Ant Wan
Ümumi məlumatlar
Ləqəbi Ant Wan
Doğum tarixi 1998
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti repçi
Fəaliyyət illəri 2016-cı ildən
Janr rep

Ant Wan (əsl adı: Antvam Afram; 1998, Rabi[d], Uppsala dairəsi[d])[1]İsveç repçisi. Vesterosun Råby bölgəsində böyüyüb. Onun beş trekdən təşkil etdiyi "Wow" adlı minialbomu "İsveç albomlar hit-paradı"nda birinci pilləyə çatıb.

İsveçdə suriyalı ailədə doğulub. Aramilərdəndir. 15 yaşından bəri musiqi ilə məşğul olur. Fəaliyyətinə qanqsta rep janrlı mahnılar yazmaqla başlayıb. İlk mahnılarını 2016-cı ildə Råby təxəllüsü ilə yayımlayıb. 2019-cu ilin dekabrında Bando Kids Music-i leyblını təsis edib. Bu şirkət repçilər Christian "10an" Homsi və 2M ilə müqavilə imzalamışdı. Onların hər ikisi törətdikləri cinayət əməlinə görə saxlanıldıqdan sonra bu şirkət 2021-ci ildə fəaliyyətini sonlandırmalı olmuşdur.

Onun 12 oktyabr 2024-cü il tarixində Stokholmdakı Tele 2 Arena-da (futbol stadionu) baş tutan konsertinə 40,899-dən çox tamaşaçı qatılıb. O, bununla Madonnanın 2015-ci ildə həmin məkanda keçirilən rekordunu (40,557) təzələyib.[2] İsveçdə bu uğura nail olan yeganə repçidir.[3]

  1. "Ant Wan berör med sin halvt dolda sorgsenhet". Dagens Nyheter (isveç). 6 April 2020. 11 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2021.
  2. "Bedövande svensk arenarap med Ant Wan". www.aftonbladet.se (isveç). 2024-10-12. 2024-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
  3. Nyheter, S. V. T. "Alan Max om fenomenet Ant Wan: "Driver kulturen framåt"". SVT Nyheter (isveç). 2024-10-12. İstifadə tarixi: 2024-11-27.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne