İl | |
Antalya ili | |
---|---|
türk. Antalya | |
![]() | |
37°10′54″ şm. e. 30°56′00″ ş. u.HGYO |
|
Ölkə | Türkiyə |
İnzibati mərkəz | Antalya |
Vali | Ələddin Yüksəl |
Tarixi və coğrafiyası | |
Sahəsi | 20 599 km² (6-cı yer) |
Saat qurşağı | UTC+2, yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 1 719 751 nəfər (2009) (8-ci yer) |
Əhalinin sıxlığı | 83,49 nəfər/km² (8-ci yer) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-07 |
Telefon kodu | +90 242 |
Poçt indeksi | 07000–07999 |
Avtomobil nömrəsi | 07 |
Rəsmi sayt | |
![]() |
|
![]() |
|
![]() |
Antalya — Türkiyənin vilayəti. Turizm potansialı zəngin vilayətdir. Rusiyalı turistləri daha çox cəlb edir.
Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin ikinci paytaxtı hesab olunur. Şəhəri hər tərəfdən Taurus dağı əhatə edir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 677 min nəfərdir. Yay aylarında gələn turistlərin hesabına isə bu rəqəm 2 milyona çatır. Hazırda qədim və yeni olmaqla iki hissəyə ayrılıb. Ərazisində Aralıq dəniz iqlimi hakimdir. Yayı isti və quru, qışı yağışlı keçir. Nəmlilik 64%, suyun orta temperaturu isə + 21,5 dərəcədir. Onu da nəzərə alın ki, Türkiyənin Aralıq dənizi sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab edilir. Günəşli günlərin miqdarı 300-dən çoxdur. Şəhər arxitektura və tarixi abidələri ilə məşhurdur. Onu hər tərəfdən Taurus dağı əhatə edir. Aralıq dənizinin ən məşhur və 6,5 km uzunluğu olan Konyaaltı çimərliyi məhz buradadır.Yağıntıların illik miqdarı 1600 mm-ə bərabərdir. Çimərlik mövsümü mart ayından noyabrın axırına kimi davam edir. Pul vahidi yeni türk lirəsidir.