Antonio Karlos Jobim

Antonio Karlos Jobim
port. Antonio Carlos Jobim
Ümumi məlumatlar
Doğum adı Antônio Carlos Brasileiro de Almeida Jobim
Ləqəbi Tom Jobim
Doğum tarixi
Doğum yeri Rio-de-Janeyro, Braziliya
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri Rio-de-Janeyro, Braziliya
Vətəndaşlığı Braziliya Braziliya
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
aranjmançı
müğənni
şair
Fəaliyyət illəri 1956–1994
Janrlar caz, bossa-nova
Musiqi alətləri piano, gitara, fleyta
Albom şirkətləri Verve, Warner Bros., Elenco, A&M, CTI, MCA, Philips, Decca, Sony
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
"Mədəniyyət xidmətlərinə görə" ordeni
İmzanın şəkli
jobim.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antonio Karlos Brazileyro de Almeyda Jobim (port. Antônio Carlos Brasileiro de Almeida Jobim, Tom Jobim kimi də tanınır; 25 yanvar 1927, Rio-de-Janeyro, Braziliya8 dekabr 1994, Nyu-York, ABŞ) — Braziliyalı bəstəkar, aranjmançı, müğənni, şair, piano və gitara ifaçısı. Bossa-nova musiqi stilinin ortaya çıxmasında əsas rolu olan şəxslərdən biri. Onun mahnıları Braziliyanın və dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Astrud Gilberto, Stan Getz, Frenk Sinatra, Endi Vilyams tərəfindən ifa edilmişdir.

Bütün dövrlərin ən çox ifa edilən mahnılarından sayılan "İpanemadan olan qız" (port. Garota de Ipanema, ing. The Girl from Ipanema) mahnısının bəstəkarı kimi tanınan Antonio Jobimin bir çox mahnıları hazırda standard caz və pop repertuarlarına daxildir.

Jobimin ingilisdilli ölkələrdə tanınmasında onun 1960-cı illərdə ABŞ caz saksofonçusu Stan Getz, Joao Gilberto və onun xanımı Astrud Gilberto ilə birgə fəaliyyəti mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində 2 albom — "Getz/Gilberto" (1963) və "Getz/Gilberto Vol. 2" (1964) ortaya çıxdı.

"Getz/Gilberto" albomu ABŞ-də bossa-nova çılğınlığına səbəb oldu, bu musiqi stili ABŞ-nin ardınca bütün dünyada geniş populyarlıq qazandı. Getz daha əvvəl Çarli Bördlə "Jazz Samba" (1962) və Luiz Bonfa ilə "Jazz Samba Encore!" (1964) albomlarını yazdırmışdı. Jobim ən çox satılan caz albomlarından sayılan "Getz/Gilberto" albomundakı bir çox mahnıların bəstəkarı idi və albomdakı "The Girl from Ipanema" və "Corcovado" mahnılarını ifa edən Astrud Gilberto musiqi dünyasında sensasiya yaratmışdı. 1965-ci il Qremmi mükafatının təqdimetmə mərasimində "Getz/Gilberto" albomu "İlin albomu", "Ən yaxşı caz-instrumental albomu" və "Ən yaxşı səs keyfiyyətinə malik qeyri-klassik albom" nominasiyalarında Qremmi mükafatına layiq görüldü. "The Girl from Ipanema" mahnısı isə "İlin mahnısı" elan edildi.

Antonio Jobim keçirdiyi cərrahiyə əməliyyatından sonrakı ağırlaşmalar nəticəsində baş verən ürək dayanması nəticəsində 1994-cü il 8 dekabrda Nyu-Yorkun "Maunt Sinay" xəstəxanasında vəfat etmiş, 20 dekabr 1994-cü ildə Rio-de-Janeyroda Sao-Joao Batista qəbiristanlığında dəfn edilmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne