Antonov An-124 Ruslan

An-124
Tipi Hərbi nəqliyyat təyyarəsi
Hazırlayan Antonov (şirkət)
İstehsalçı SSRİ Antonov
İlk uçuş 24 dekabr 1982[1]
İstismara verilmə tarixi 1986
Status İstismarı davam edir
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
İstehsal ili 1982–2004[2]
Buraxılış sayı 55[3]
Vahidinin qiyməti 300 milyon ABŞ dolları[4]
Variantları Antonov An-225
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antonov An-124 Ruslan (rus. Антонов Ан-124 "Руслан"; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır.[5] Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur.[6]

  1. "Era of Ruslan: 25 years" (Press-reliz). Antonov. 24 dekabr 2007. 19 mart 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  2. Владимир Карнозов. "Последний «Руслан»". Военно-промышленный курьер. 2004-06-23. 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  3. "An-124 Production List". russianplanes.net (rus). 2013-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  4. Девятьяров, Евгений. "Возобновление сборки «Руслана» обойдётся в 20 млрд рублей". 19 dekabr 2011. 2011-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  5. Nikolai, Novichkov. "Russia completes initial An-124 upgrade programme". janes.com. 2 dekabr 2014. 19 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  6. "Arxivlənmiş surət". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne