Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aqata Kristi | |
---|---|
ing. Agatha Christie | |
Doğum adı | Agatha Mary Clarissa Miller[3] |
Təxəllüsü | Mary Westmacott |
Doğum tarixi | 15 sentyabr 1890[1][2][…] |
Vəfat tarixi | 12 yanvar 1976[1][2][…] (85 yaşında) |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, romançı, detektiv yazıçısı[d] |
Fəaliyyət illəri | 1920–1976 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | avtobioqrafiya, detektiv |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
agathachristie.com | |
Aqata Kristi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[1][2][…] – 12 yanvar 1976[1][2][…]) — ingiltərəli yazıçı, dramaturq, detektiv janrının kraliçası. Daha çox birinci ərinin soyadı ilə Aqata Kristi (ing. Agatha Christie) kimi tanınır. O, dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Aqata Kristinin əsərləri bəşər tarixində (Bibliya və Uilyam Şekspirin əsərlərindən sonra ikinci[4]) ən çox nəşr olunan[5], eyni zamanda ən çox tərcümə olunan[6] əsərlərdən birinə çevrildi (7236 tərcümə[7]). O, 60-dan çox detektiv romanı, 6 psixoloji romanı (Mary Westmacott təxəllüsü ilə) və 19 hekayələr toplusunu nəşr etdirib. Onun 16 pyesi London teatrlarında tamaşaya qoyulub. Kitabları 4 milyard nüsxədən[8] çox nəşr olunub və 100-dən çox dilə tərcümə olunub. O, həmçinin bir əsərin teatr tamaşalarının maksimum sayına görə rekorda sahibdir. Aqata Kristinin “Siçan tələsi” pyesi ilk dəfə 1952-ci ildə səhnəyə qoyuldu və 2020-ci ilə qədər teatrda nümayiş olundu, sonra koronavirus pandemiyası səbəbindən dayandırıldı, lakin sonradan tamaşalar bərpa olundu.[9]