Aqrokimya

Aqrokimya (yun. agros – tarla) – bitkilərdətorpaqda baş verən kimyəvi və biokimyəvi proseslərin təsiri üsullarını öyrənən elm. Aqrokimya bitkilərin qidalanmasından başlamış gübrələrin torpağa təsiri, eləcə də bitkilərin kimyəvi üsullarla qorunmasınadək geniş suallar dairəsini öyrənir. Aqrokimyəvi tədqiqatların əksəriyyətinin son məqsədi kənd təsərrüfatlarında məhsuldarlğıın artırılmasıdır.[1]

  1. M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 10

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne