Aqxori (sanskr. अघोर पंथ) - Hindistanda kannibalizm adətlərini özlərində saxlayan dini sekta. Aqxori sözü hind dilindən tərcümədə qorxmazlar mənasını verir.[1] Sekta üzvlərinin ritual ayinlərdə insan ətlərinin yediyi, yanlarında gecələdiyi və kəllə sümüklərindən piyalə kimi istifadə etdikləri məlumdur. Aqxorilərin nekrofiliya ilə məşğul olmaları səbəbindən sektanın Hinduizmlə heç bir əlaqəsinin olmadığını ehtimal edilir.[2]