Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Arvidas Romas Sabonis (lit. Arvydas Romas Sabonis; 19 dekabr 1964-cü ildə Litva SSR-nin Kaunas şəhərində anadan olub) - məşhur litva və sovet basketbolçusu, SSRİ - yığması tərkibində olimpiya , Avropa və Dünya çempionu. SSRİ-nin Əməkdar idman ustasıdır (1985).
20 avqust 2010-ci ildə Sabonis FİBA-nın şöhrət zalına daxil edilib. 12 avqust 2011-ci ildə isə Sabonisin adı Neysmit adına Basketbol şöhrət zalına daxil edildi. 24 oktyabr 2011-ci ildə Sabonis Litva Basketbol Federasiyasının prezidenti seçilmişdir.