Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Aseton | |
---|---|
Ümumi | |
Ənənəvi adı | aseton, dimetilketon |
Kimyəvi formulu | C3H6O |
Molyar kütlə | 58,08 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,7899 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −95 °S |
Qaynama nöqtəsi | 56,1 °S |
Öz-özünə yanma temperaturu | 465 °C[1] |
Buxarın təzyiqi | 23.998 Pa |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 19,16 ± 0,04[2] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,3588 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 67-64-1 |
PubChem | 180 |
RTECS | AL3150000 |
ChEBI | 15347 |
BMT nömrəsi | 1090 |
ChemSpider | 175 |
Aseton (dimetilketon, propanon-2, YUPAK: propan-2-on) [4] – üzvi maddədir, formulu CH3—C(O)—CH3, doymuş ketonların ən sadə nümayəndəsidir. Aseton adını latınca, asetum — sirkə, adından almışdır. Bu onunla əlaqədardır ki, əvvəllər asetonu asetatlardan alırdılar, asetondan isə sintetik buzlu sirtkə turşusunu alırdılar. 1848-ci ildə Alman tibb və kimya professoru Leopold Gmelin, Latın asetumundan da kök götürən köhnə Alman "Aketon" sözündən (keton, aseton) istifadə edərək, termini rəsmi istifadəyə verdi [5] [6].