Aspaziya | |
---|---|
q.yun. Ἀσπασία | |
Doğum tarixi | e.ə. 470[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 400 |
Vəfat yeri | |
Həyat yoldaşları | |
Fəaliyyəti | rhetorician, filosof, orator, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Aspaziya ya da Miletli Aspaziya (yun. Ἀσπασία; e.ə. 470[1], Milet[1] – e.ə. 400, Afina) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın.[3] Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir.
Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir.[4] Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir. Aspaziyanın Perikldən olan oğlu Gənc Perikl daha sonra Afinada general olmuş və Arqinus döyüşündən sonra edam edilmişdir. Periklin ölümündən sonra, Aspaziyanın digər bir afinalı dövlət xadimi və general olan Lisikl ilə evləndiyi barədə məlumat vardır.