Atarqatis | |
---|---|
klass. süry. Atar'atheh/Tar'atheh | |
| |
Mifologiya | Kənani |
Yunanca adı | yun. Δερκετὼ |
Latınca adı | lat. Dea Syria/Deasura |
Cinsi | qadın[d] |
Fəaliyyəti | bərəkət və sevgi |
Əri | Baal-Hadad |
Əlaqəli personajlar |
Aşera Anat Astarta |
Dini mərkəz | Heliopol |
Heyvan | göyərçin və balıq |
Vikianbarda əlaqəli mediafayllar |
Atarqatis, Atarateh (klass. süry. Atar'atheh/Tar'atheh), Derketo (yun. Δερκετὼ),[1] Dea Siriya (lat. Dea Syria) və ya Deyasura (lat. Deasura)[2] — antik dövrdə, Şimali Suriyada yaşayanların əsas ilahəsi.[3][4] O, bərəkət və sevgi ilahəsi olmaqla yanaşı, həm də şəhərinin və xalqının baalatı (sahibə) idi, onları müdafiə edirdi. Onun əsas şəhəri Heliopol idi.[5]
Onun əri Baal-Hadaddır. Göyərçin və balıqlar Atarqatis üçün müqəddəsdir.[6]
III əsrə aid süryanidilli mənbəyə görə, "Suriya və Urhaydakı kişilər Tarata şərəfinə özünü axtalayardı, ancaq kral Abqar dindar olandaq sonra əmr verdi ki, özünü axtalayanların əli kəsilsin və o gündən bəri Urhayda heç kəs özünü axtalamır".[7]
Atarqatis bəzən su pərisi kimi təsvir olunur, çünki o, bəzən balıq bədənli Aşkelon ilahəsi ilə eyniləşdirilir. Buna baxmayaraq, Atarqatisə Aşkelon şəhərində pərəstiş edilməsi haqqında heç bir dəlil yoxdur.[8]