Atrofiya (ing. Atrophy — qidalanmanın olmaması) — Normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir.[1] Atrofiyalar, hüceyrə sayısının azalmasına (riyazi) və ya hüceyrə həcmlərinin kiçilməsinə bağlıdır; İkisi birlikdə ola bilər. Atrofiya səbəbilə həcmi kiçilən toxumanın yerini bağ toxuması ala bilər. Sümük iliyi atrofiyasında, bu toxumanın yerini yağ toxuması alır. Atrofiyalar iki qrupa bölünür:[2]
Fizioloji Atrofiya- Həyatın müəyyən dövrlərində bəzi orqan və toxumaların atrofiyaya məruz qalmasıdır, buna involusiya da deyilir. Yaranması normaldır, olmadığı zaman patologiya kimi qəbul edilir. Məsələn; Doğuşdan sonra ana bətni, əmizdirməkdən sonra məmələr kiçilir və normal halına qayıdır. Yaşlandıqda bütün orqanlar və bədən kiçilir, buna senil atrofiya deyilir. Müəyyən sərhədlər daxilində təbiidir.[3]
Patoloji Atrofiya -Xəstələrin çoxunda damar sərtliyi və buna bağlı olaraq damarlarda daralma vardır. Daralan damarların qidalandırdığı toxumalara az qan gəlir və qeyri-kafi qidalanma ortaya çıxır. Patoloji atrofiyanın bütün bədəni əlaqələndirdiyi hallarda atrofiya hədsiz isə xəstə bir dəri bir sümük qalır, buna "kaşeksi" deyilir. Əsas patoloji atrofiyalar; Aclıq və yaşlılıq atrofiyası, hərəkətsizlik atrofiyası, endokrin atrofiyası, təzyiq atrofiyası, damar atrofiyası və şüa atrofiyasıdır.