Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Satraplıq | |
Atropatena | |
---|---|
|
|
Paytaxt | Qazaka,[1] Vera |
Ən böyük şəhər |
Aqnazana, Fraaspa, Tavreş, Ordvil, Fanaaspa |
Rəsmi dilləri | Atropaten dili |
Din | Zərdüştçülük |
İdarəetmə forması | monarxiya |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Atropatena, Adurbadaqan, Atropat Midiyası (fars. آتورپاتکان, yun. Ατροπατήνη, süry. Aδorbāyγān, ərəb. آذربایجان) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində[2] mövcüd olmuş qədim dövlət ve bu gün Azərbaycan adlanan rayonun qədim adıdır. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi cənub ərazilərini və İranın bir hissəsini əhatə edirdi. İndiki Azərbaycanın tarixi adı Atropatenadan yaranmışdır.[3]
Keçmiş Əhəməni satrapı,[4] əslən, çox güman ki, midyalı olan Atropat e.ə. 321-ci ildə (Sərkərdə Peridikkinin ölümündən sonra) Atropatena dövlətinin və Atropatilər sülaləsinin əsasını qoyur, yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniyalı İskəndərin imperiyasının parçalanmasından sonra yenidən ilk olaraq Azərbaycanın cənub ərazisində,sonra isə cənubun təsiri ilə Azərbaycanın şimalında müstəqil dövlət meydana gəlir.[5]
the Caspian Sea and Ghilan bound it on the northeast, and Kurdistan on the southeast