Autofaqiya

A: Autofaqosom əmələ gəlməsinin diaqramı: izolyasiya olunmuş membran hüceyrə strukturlarını əhatə edir və autofaqolizosom (AL) yaratmaq üçün lizosomla birləşən autofaqosom (AP) yaradır. B: Drozofil sürfəsinin yağ bədənində avtofaqosomal strukturların elektron mikroqrafiyası. C: Ac saxlanılan siçanın qaraciyər hüceyrələrində flüoresan etiketli avtofaqosomlar.

Autofaqiya (hərfi mənada: özünüyemə, q.yun. αὐτός, auto — "özü" və φαγεῖν — "yemək") — hüceyrənin daxili komponentlərinin onun lizosomlarının və ya vakuollarının içərisinə çatdırılması və onlarda deqradasiyaya uğraması prosesi[1]. Hüceyrənin lazımsız və ya disfunksional komponentlərini məhv edən təbii və nizamlı mexanizmdir[2]. Hüceyrə ölümünün autofaqik növündə hüceyrənin bütün orqanoidləri həzm olunur və yalnız makrofaqlar tərəfindən udulan hüceyrə tullantısı qalır.

  1. Farrugia G, Balzan R. Oxidative stress and programmed cell death in yeast. . 2 (Front Oncol.) (64). 2012. doi:10.3389/fonc.2012.00064.
  2. Klionsky DJ. "Autophagy revisited: a conversation with Christian de Duve". (Front Oncol.). 2008. doi:10.4161/auto.6398.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne