Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kəşfi | |
---|---|
Kəşf edən | Qalileo Qaliley Simon Marius |
Kəşf yeri | İtaliya, Padua Universiteti |
Kəşf tarixi | 8 yanvar 1610[1] |
Təyinlər | |
Şərəfinə adlandırılıb | Avropa (mifologiya) |
Alternativ adlar | Yupiter II |
Orbital xarakteristikası | |
Periapsidi | 664 862 km |
Apoapsidi | 676 938 km |
Böyük yarımoxu | 671 100 km |
Orbitinin ekssentrisiteti | 0,009 [2] |
Siderik fırlanma dövrü | 3,551 Yer günü |
Orbital sürəti | 13,740 km/saat |
Əyilməsi | Yupiterin ekvatoruna 0,470° dərəcə |
Nəyin peykidir | Yupiter |
Özünə xas ekssentrisitet | 0,009 |
Fiziki xarakteristikaları | |
Orta radiusu | 1 560,8±0,5 km |
Böyük dairəsinin çevrəsi | 9807±3 km |
Səthinin sahəsi | 3,09×107 km2 |
Həcmi | 1,593×1010 km3 |
Kütləsi | (4,799844±0,000013)×1022 kg[3] |
Orta sıxlığı | 3,013±0,005 q/sm3 |
1,314 m/san2 | |
İkinci kosmik sürəti | 2,026 km/san |
Albedo | 0,67 ± 0,03 |
Temperatur | min 50 K orta 102 K (−171.15°C) max 125 K[4] |
5,29 | |
0.1 µPa (10−12 bar)[5] | |
Avropa, Yupiter II — Yupiter planetinin Qaliley peykləri arasındaki ən kiçiyi. Günəş sisteminin ən böyük altıncı təbii peyki. Avropa 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Yunan mifologiyasındakı ekvivalenti Zevs olan Roma tanrısı Yupiter tanrısının məşuqəsi Europa şərəfinə adlandırılmışdır. Aydan bir qədər kiçik olan peyk əsasən silikat daşdan, səthdə su-buz qarışıq qabıqdan və böyük ehtimalla dəmir-nikel nüvədən ibarətdir. Çoxu oksigendən ibarət seyrək atmosferə sahibdir. Avropanın səthi çat və cızıqlarla örtülmüşdür. Kosmosdaki əksər qatı planetlərin əksinə kraterleri çox azdır. Günəş sistemində bilinən obyektlər içərisində ən hamar səthə sahib olan kosmik obyektdir.[6]
Aparıcı bir nəzəriyyəyə görə Yupiterin nəhəng cazibə qüvvəsi altında Avropa dövri deformasiyaya uğrayır. Günəşdən çox uzaq olmağına baxmayaraq bu proses nəticəsində yaranan istilik ilə Avropanın okeanı maye halda qalır. Bu qüvvə eyni zamanda Yer kürəsinin tektonik hərəkətlərinə bənzər şəkildə Avropanın buz kütlələrini yerindən oynadaraq həm səthdəki quruluşları, çatları əmələ gətirir, həm də buz layından kimyəvi maddələri qoparıb dərindən okean sularına qarışdırır.[7]