Avropa konserti (ing. Concert of Europe) yaxud Vyana Sistemi — Napoleon müharibələrinin sona çatdığı 1815-ci ildən Birinci Dünya müharibəsinin baş verdiyi 1914-cü ilə qədər keçən dövrdə, Avropa dövlətlərinin beynəlxalq arenada siyasi qüvvələr nisbətini nəzərə alaraq hərəkət etmələrini təmin edən sistem. Vyana konqresindən sonra həyata keçirildiyi üçün Konqres Sistemi olaraq da bilinir. Konsert sistemi adətən böyük dövlətlərin sülh şəraitinin pozulmasına inandıqları zaman topladıqları konfranslar şəklində aparılırdı.