Avstroslavizm və ya Avstriya slavyanizmi — XIX əsrin ikinci yarısında Avstriya-Macarıstanın slavyan xalqları arasında (xüsusilə çexlər) siyasi hərəkat. Onun ardıcılları Avstriya-Macarıstan ikili monarxiyasını üçtərəfli dövlətə çevirməyə çalışırdılar. Avstroslavizmin əsas ideoloqları qoca çexlər Frantişek Palatski və Frantişek Ladislav Riger, həmçinin Avstriya sosial demokratları Otto Bauer və Viktor Adler idi. Təxminən 1890-cı ildə avstroslavizmi radikal gənc çexlərin siyasi ideyaları əvəz etmişdi.[1]
Avstroslavizm ayrı-ayrı prinsipləri Avstriya Birləşmiş Ştatlarının konsepsiyasında qəbul edilmiş, lakin yerinə yetirilməmişdir.[1]