Bu məqaləni vikiləşdirmək lazımdır. |
Avtojir[1] — fırlanan qanadlı və ya pərli bir aviavasitə. Önə hərəkət etmək üçün bir pəri və şaquli hərəkət (daşıma) üçün mühərriksiz və sərbəst fırlanan bir rotoru olur. Helikopterin atalarından olan avtojirlər İkinci Dünya müharibəsidən sonra yerini əsasən daha effektli olan helikopterlərə vermiş olsa belə hələ də əyləncə, kəşfiyyat və helikopter təlimi kimi məqsədlər üçün geniş bir şəkildə istifadə edilir. Avtoplaner isə motoru olmayan bir avtojirdir və havada süzməzdən öncə başqa bir aviavasitə ilə hərəkətə gətirilməsi lazımdır.[2][3]