Axalkalaki | |
---|---|
ახალქალაქი | |
![]() | |
41°24′20″ şm. e. 43°29′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1064 |
Mərkəzin hündürlüyü | 1.707 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 261 |
Digər | |
akhalkalaki.gov.ge | |
![]() |
Axalkalaki (gürc. ახალქალაქი/ახალი ქალაქი – «yeni şəhər»; erm. Ախալքալաք, translit. Axalkalak), həmçinin Axalkələk və ya Axılkələk (türk. Ahılkelek) — Gürcüstanın Samtsxe-Cavaxeti diyarında şəhər, Axalkalaki bələdiyyəsinin inzibati mərkəzi. Axalkalaki Cavaxeti yaylasının üzərində, dəniz səviyyəsindən 1,700 metr (5,600 ft) yüksəklikdə, Axaltsixe şəhərindən 74 kilometr (46 mil) Gürcüstanın Türkiyə ilə olan sərhədindən 30 kilometr (19 mil) uzaqlıqda yerləşir.
2014-ci ildə keçirilən əhali siyahıyaalmasına görə şəhər əhalisinin 93,8%-i erməni idi. Şəhərin nəzarəti 1828–1829-cu illərdəki Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlılardan Rusiya imperiyasına keçmişdir. 4 yanvar 1900-cu ildə qəsəbədə gerçəkləşən bir zəlzəlınin nəticəsi olaraq 1.000-dən çox insan həlak olmuşdur. 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə qəsəbənin ümumi əhalisi 8.295 nəfərdir.
Şəhərdə bir dəmiryol stansiyası yerləşir. Axalkalakidə erməni dini xadimi Mesrop Maştotsun heykəli var. 2019-cu ilin yanvar ayında şəhərdə Qarabağ müharibəsi zamanı Xocalı soyqırımında iştirak etmiş və xeyli sayda azərbaycanlı mülki şəxsi qətlə yetirmiş Mixail Avaqyanın büstü yerləşdirilmişdir.