Ayaks Telamonid | |
---|---|
q.yun. Αἴας | |
![]() Ayaks Axillesin bədənini daşıyır | |
e.ə. 570-565-ci illərə aid antik yunan güldanı | |
Mifologiya | qədim yunan mifologiyası |
Yunanca adı | Αἴᾱς Μέγας |
Latınca adı | Aiax maior |
Cinsi | kişi |
Atası | Telamon |
Anası | Peribeya |
Arvadı |
Tekmessa Qlavka |
Uşaqları |
Tekmessadan Yevrisak Qlavkadan Eantid |
![]() |
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı.
Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər.
Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır. Axillesin anası Fetida oğlunun döyüş geyimini döyüşçülərin ən cəsarətlisinə bağışlamağa qərar verir. Bu şərəfə layiq görülmək üçün Ayaksla Odissey mübarizəyə başlayırlar. Odisseyin necə qazandığına dair mifin bir neçə versiyası var. Qəzəbli Ayaks yunan başçılarını öldürmək istəyir, lakin Afina onu ağlından məhrum edir. O, yunan düşərgəsi əvəzinə bir sürü mal-qaraya hücum edərək onları tələf edir. Ağlı başına qayıdandan sonra Ayaks baş verən rüsvayçılığa dözə bilmədi və Hektorun verdiyi qılıncla özünə qəsd etdi.