BMP-1 | |
---|---|
| |
Tipi | Piyadanın döyüş maşını |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1966-davam edir |
İstismara başlanması | 1966 |
İstifadə edilən döyüşlər |
Qarabağ müharibəsi (1988-1994) İran-İraq müharibəsi (1980-1988) və s. |
İstehsal tarixçəsi | |
Konstruktor | Pavel İsakov |
Konstruksiya tarixi | 1961-1965 |
İstehsalçı |
KMZ (SSRİ) ExcaliburArmy (Çexoslovakiya) |
İstehsal illəri | 1966-1982 (SSRİ) |
İstehsal sayı |
20,000-dən çox (SSRİ)[1] 3,000-dən çox (Çin)[2] 18,000 (Çexoslovakiya)[3] 800 (Hindistan)[4] |
Variantları | BMP-1, BMP-2, MLI-84, Boragh və digərləri |
Xüsusiyyətləri | |
Ağırlığı | 13.2 ton |
Zireh | 6-33 mm |
Sürət |
65 km/s (yolda) 45 km/s (yolsuzluq şəraitində) 7-8 km/s (suda) |
Güc nisbəti | 22.7 AG/ton (17 kVt/ton) |
Əsas silah |
73 mm 2A28 Qrom yarı-avtomatik top; 9M14 Malyutka TƏİR |
Köməkçi silah | 7.62 PKT pulemyotu |
Uzunluğu | 6.735 metr |
Eni | 2.94 m |
Hündürlüyü | 2.068 m |
Ekipaj | 3 (komandir, sürücü-mexanik, atıcı) + 8 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
BMP-1 (rus: Боевая Машина Пехоты 1; БМП-1) Sovet istehsalı piyadanın döyüş maşınıdır. Bu texnika SSRİ-nin ilk dəfə geniş şəkildə istehsal olunmuş piyadanın döyüş maşınıdır. NATO tərəfindən M-1967, BMP və BMP-76B də adlandırılır.
BMP-1 ilk dəfə 1973-cü ildə Yom Kippur müharibəsi zamanı sınaqdan çıxmışdır. Həmin müharibə zamanı bu texnika Misir və Suriya tərəfindən istifadə edilmişdir. Bu müharibədən və Əfqanıstan müharibəsinin səhvlərindən nəticə çıxarılaraq daha inkişaf etdirilmiş döyüş keyfiyyətləri olan BMP-2 hazırlanır və 1980-ci ilin avqust ayında xidmətə qəbul olunur.
1987-ci ildə isə tamamilə dəyişdirilmiş dizayna və yeni silah sisteminə malik BMP-3 Sovet Ordusunda silahlanmaya qəbul olunur.