BMW i8

BMW i8
Ümumi məlumatlar
İstehsalçı BMV
Qabariti
Uzunluğu
  • 4.689 mm
Eni 1.942 mm
Hündürlüyü 1.298 mm
Kütləsi 1.530 kq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BMW i8, BMW tərəfindən istehsal edilən hibrid idman avtomobil modelidir. Avtomobil BMW i seriyasının bir hissəsidir. O, ilk dəfə 2009-cu ildə Frankfurt avtosalonunda turbodizel konsepti kimi təqdim edildi, istehsal modeli 2013-cü ildə təqdim edildi və 2014-cü ilin iyununda satışa çıxarıldı.[1]

"BMW i8"in bir digər xüsusiyyəti isə 4 təkərinin də çəkmə qabiliyyətinin olmasıdır. Mühərriki 362 at gücünə malikdir, maksimum sürəti 250 kilometrdir. Yanacaq sərfiyyatı 100 kilometrdə 2,5 litrdən aşağıdır. Avtomobil 1,5 litr silindr həcminə malikdir. "BMW İ8" 100km/saat sürəti 4,5 saniyədə yığa bilir.

  1. "BMW i8 - History". www.bmw.com (ingilis).

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne