Badaqalar - Cənubi Hindistanda Tamilnad ştatında yaşayan xalq. Mavi dağların vadisində (Nilgiri) məskunlaşmış xalq. Badaqaların sayı 170 min nəfərdir (2005). Avstraliya böyük irqinin vedda irqinə mənsubdurlar. Hazırda yaşadıqları ərazilərə XVI-XVIII əsrlərdə şimaldan köçmüşlər (adları da buradandır). Dinləri induizmdir, ənənəvi inanclar da saxlanılır [1]